8 Mart Beynəlxalq Qadınlar Günü haqqında məlumat | Tarixi və səbəbləri

 

8 Mart Qadınlar Günü Birləşmiş Millətlər Təşkilatının qəbul olunmuş qərara əsasən hər il bir çox dünya ölkəsində qeyd olunan beynəlxalq gündür. Bu gün, qadınların siyasi və sosial şüurunun formalaşması, onların insan hüquqları əsasında özlərini inkişaf etdirməsi, iqtisadi, siyasi və sosial nailiyyətlərinin qeyd olunmasına həsr olunub. Beynəlxalq Qadınlar Günü qadın hüquqları hərəkatının başlanğıc nöqtəsidir..

8 Mart Beynəlxalq Qadınlar Günü haqqında məlumat

Amerika Sosialist Partiyası 28 fevral 1909-cu ildə Nyu Yorkda “Qadınlar Günü”nü təşkil etdikdən sonra 1910-cu il Beynəlxalq Sosialist Qadınlar Konfransı hər il “Qadınlar Günü”nün keçirilməsini təklif etdi. 1917-ci ildə Sovet Rusiyasında qadınlar səsvermə hüququ qazandıqdan sonra isə 8 mart milli bayram kimi qeyd olundu. Qadınlar Günü 1967-ci ildə feminist hərəkatı tərəfindən qəbul edilənə qədər əsasən sosialist təşkilatlar və kommunist ölkələri tərəfindən qeyd olunurdu. 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmağa başladı. BMT-nin Baş Assambleyasının 16 dekabr 1977-ci il tarixli qərarı ilə üzv ölkələr öz ənənələrinə və tarixlərinə uyğun bir günü Beynəlxalq Qadın Hüquqları və Beynəlxalq Sülh Günü elan etməyə dəvət edildi.

 

8 Mart Beynəlxalq Qadınlar Günü nə vaxt və necə yaranıb?
Beynəlxalq Qadınlar Gününün tarixini

8 mart haqqinda melumat

8 Martın tarixi 1800-cü illərdə tekstil fabrikində baş verən yanğına gedib çıxır.
Tekstil fabrikində başladıqları tətil zamanı çıxan yanğında 129 qadın həyatını itirib. Bu fəlakətli hadisə 1857-ci il martın 8-də baş verdi.

HADİSƏLƏRİN BAŞLANĞIC NÖQTƏSİ

8 mart 1857-ci ildə Nyu-Yorkda tekstil fabrikində işləyən 40 min işçi 16 saatlıq iş gününün 10 saata endirilməsi və maaşların artırılması tələbi ilə tətilə başladı. Qadın işçilər tərəfindən təşkil edilən bu tətil indiyə qədər keçirilən ən böyük qadın aksiyalarından biri idi.

 

TƏTİL FƏLAKƏTLƏ BİTDİ
Qadınların təşkil etdiyi aksiyanı dayandırmaq istəyən polis qadın işçilərə hücum edib və fabrik müdirlərinin dəstəyi ilə minlərlə qadın işçini fabrikə kilidləyi. Bu arada içəridə kilidlənən işçilərdən 129-u içəridə baş verən yanğında yanaraq həyatını itirdi.
ABŞ mətbuatı bu hadisəni demək olar ki, işıqlandırmadı. Buna baxmayaraq, işçilərin dəfn mərasimində 100 mindən çox insan iştirak etdi.

 


İLK TƏKLİF 53 İL SONRA GƏLİR
8 Martın Qadınlar Günü kimi qeyd olunması ilə bağlı ilk təklif 53 ildən sonra gəldi.Belə ki, 1910-cu il 26-27 avqust tarixlərində Danimarkada keçirilən II Beynəlxalq Sosialist Qadınlar Konfransında bu günün Qadınlar Günü kimi qeyd olunması üçün təklif irəli sürüldü. Almaniya Sosial Demokrat Partiyasından olan Klara Zetkin bu konfransda çıxışında bildirib ki, qadınlar üçün mübarizə günü müəyyən edilməlidir. Zetkinin təklifi qəbul edildi və qərara alındı ki, hər bir ölkənin sosialist qadınları öz ölkələrinin fəhlə sinfi təşkilatları ilə razılaşaraq hər il eyni gündə qadınlar bayramı təşkil etsinlər. Həmin illərdə demək olar ki, heç bir ölkədə qadınlara seçmək və seçilmək hüququ verilməmişdi. Bu səbəbdən bir çox ölkədə eyni vaxtda qeyd olunacaq bu günün qadınlara seçmək və seçilmək hüququnun verilməsi üçün mübarizə günü kimi təşkil edilməsi qərara alındı. Bu gün həm də dünyanın hər yerində qadınların istismarı və şiddətə qarşı mübarizəni yüksəltmək məqsədi daşıyırdı. Qadınların seçmək və seçilmək hüququ, kişi və qadının hüquqi bərabərliyinin təmin edilməsi, qlobal müharibələrə qarşı mübarizə bütün bu qadınların ortaq mübarizəsinin əsas amalı idi.

 

İLK ANMA 1911-ci İLDƏ OLUB
Almaniya Sosial Demokrat Partiyasının liderlərindən biri Klara Setkin ABŞ-da həlak olan qadın işçilərin xatirəsinə 8 Martın “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunmasını təklif edib.
Təklif yekdilliklə qəbul edildi və ilk anım 1911-ci ildə keçirilib.Cəmi 54 il sonra həmin qadınların xatirəsinə 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olundu.
10 il sonra, 1921-ci ildə Qadınların Üçüncü Beynəlxalq Konfransında günün adı dəyişdirilərək «Beynəlxalq İşçi Qadınlar Günü» kimi qeyd olundu.
Bəzi ölkələr Birinci və İkinci Dünya Müharibəsi illərində Qadınlar Gününün qeyd edilməsinə və anım mərasimlərinə qadağalar və məhdudiyyətlər qoydu. Qadınlar yalnız 1960-cı illərin sonlarında yenidən 8 Martı qeyd etməyə başladılar.
Nəhayət, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1977-ci il dekabrın 16-da 8 Martın “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunmasına ilə bağlə rəsmi qərar qəbul etdi.
Lakin BMT tərəfindən bu günün tarixində ölən işçilərin xatirəsinə heç bir istinad qeyd olunmamışdı.

Azərbaycanda ilk dəfə hansı tarixdə qeyd olunub?

8 Mart Azərbaycan Sovet dövründən indiyədək qeyd edilir. Məhz qadınların kütləvi şəkildə savadlanması, müəyyən haqq və hüquqlara malik olması, yaşam şəraitlərinin yaxşılaşması həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart digər sosializm mənşəli bayramlardan fərqli olaraq, artıq müstəqillik əldə etmiş keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər qalmaqdadır.

1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Hər il bayram günü ərəfəsində ölkə başçısı 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar, həmçinin orden və ya medallarla təltif edir.

 Bəlkə də 8 Mart hadisələri baş verməsəydi, dünya qadınları bügünkü qədər haqq və hüquqa, imkan və şəraitə malik olmayacaqdı. Uşaqlar bizim gələcəyimizdirsə, qadınlar bu gələcəyin memarlarıdır. Və gələcəyimiz bu gün qız uşaqlarının necə tərbiyə və təhsil almasından, onların sahib olduqları hüquq və imkanlardan bilavasitə asılıdır. 

 

0 şərh